Xəbər lenti

Bayden müharibənin bitməsi üçün şərti açıqladı
Dünya 20:07 21.05.2023

Bayden müharibənin bitməsi üçün şərti açıqladı

"Rusiya bu gün öz qoşunlarını beynəlxalq səviyyədə tanınmış sərhədlərə çıxarmaqla Ukraynadakı müharibəni dayandıra bilər".

Qaynarinfo xəbər verir ki, bu sözləri Xirosimadakı G7 sammitində iştirak edən ABŞ prezidenti Co Bayden deyib.

"Prezident Zelenski burada, Xirosimada bizə qoşuldu, G7 Rusiyanın müharibəsindən və hərbi cinayətlərindən müdafiə olunan cəsur Ukrayna xalqına bizim ümumi və sarsılmaz öhdəliyimizi təsdiqlədi", deyə "Sky News" ABŞ prezidentindən sitat gətirib

O əlavə edib ki, tərəfdaş ölkələrlə birlikdə G7 "BMT Nizamnaməsinin iki əsas prinsipi olan Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edən ədalətli sülhün zəruriliyini təsdiqləyib”.

"Ukraynanın özünü müdafiə etmək qabiliyyəti bu müharibəyə əbədi və diplomatiyanın köməyi ilə son qoymaq üçün lazımdır", deyə Amerika lideri fikrini yekunlaşdırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->