"Barselona"nın prezidenti Xuan Laporta "Neqreyra qalmaqalı" ilə bağlı öz klubunu müdafiə etdiyi halda "Real" haqqında ittihamlar səsləndirib.
Qaynarinfo-nun məlumatına görə, prezident bu məsələdə La Liqadakı rəqibləri "Real"ın da əli olduğuna işarə vurub.
"Real"ın tez-tez Kataloniya komandasına "yüklənməsini" mənasız hesab edən Laporta açıqlamasında Florentino Perezin rəhbərlik etdiyi klubu rejimin komandası adlandırıb:
"Bu işin bir komandaya yönəldilməsi və yalnız "Barselona"nın günahlandırılması hədəfin biz olduğumuzu ortaya qoyur. Zərər çəkdiyini iddia edən klublar var. Hansı ki, onlar həmişə hakim qərarları ilə üstünlük qazanıb. Keçmişdə həmişə siyasi və iqtisadi gücə çox yaxın olduqları üçün rejimin komandası sayılırdılar. Nəzərə almaq lazımdır ki, yetmiş il ərzində CTA prezidentlərinin əksəriyyəti "Real"ın keçmiş üzvləri, oyunçuları və məşqçiləri olub. "Neqreyra işi" Barselonanın reputasiyasına qarşıdır. "Barselona" idman üstünlüyü əldə etmək üçün heç nəyə getmədi, lakin biz açıq-aşkar linçlə üzləşdik. Ədalətli mühakimə olunmamışdan əvvəl bizi təqsirli bilirdilər. Bu, layiq olmadığımız bir linç idi”.
Səbuhi Həsənov
Şərhlər