Xəbər lenti

İdman 17:03 01.11.2022

"Barselona"nın ulduzunun otelinin altından məzarlıq tapıldı

"Barselona"nın ulduzu Jerar Pike xoşagəlməz halla üzləşib.
 
Qaynarinfo xəbər verir ki, təcrübəli müdafiəçinin 2015-ci ildə Malaqanın Kosta del Sol bölgəsində aldığı otelin altından 250 məzar tapılıb. Bu barədə "Marca" məlumat yayıb.

"Barselona"nın üzvü son vaxtlar meydandan kənardakı addımları ilə gündəmə gəlir. 35 yaşlı Pike həm də müxtəlif sərmayələri ilə də məşhurdur. İspaniya millisinin üzvü sözügedən oteli almaq üçün 20 milyon dollar xərcləyib.

Həmin bölgədə araşdırma aparan arxeoloq Alberto Kumpian isə vəziyyəti belə izah edib: "250 böyük məzar qazdıq. Çoxu boş idi. Yəqin ki, qəbirlərdən heç vaxt istifadə olunmayıb. İstifadə olunacaq qədər qiymətli deyil".

Hələ ki, məzarların hansı əsrdən qaldığı müəyyənləşməyib və arxeoloqlar bununla bağlı araşdırmalarını davam etdirirlər.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->