Xəbər lenti

Alman klubu dediyi sözlərə görə futbolçu ilə müqaviləyə xitam verdi
İdman 13:50 04.11.2023

Alman klubu dediyi sözlərə görə futbolçu ilə müqaviləyə xitam verdi

Almaniya Bundesliqası təmsilçisi "Maynts 05" futbolçusu Anvar Al Qazi ilə bağlı qərar verib. 

Qaynarinfo-nun klubun rəsmi saytına istinadən məlumatına görə, İsrail - Fələstin münaqişəsi ilə bağlı şərhlər yazdığı üçün klub onunla müqaviləyə xitam verib. Ancaq Al Qazi sosial media hesabında daha bir açıqlama yayıb. O, yazdıqlarından peşman olmadığını söyləyib. 

İnstaqram hesabındakı açıqlamasında futbolçu, "Dolanışığımın itirilməsi Qəzzada günahsız və müdafiəsiz insanların üzərinə atılan cəhənnəmlə müqayisədə heç bir şey deyil. Öz mövqeyimə görə peşman deyiləm. Dediklərimdən uzaqlaşmıram, bu gün və hər zaman son nəfəsimə qədər insanlığın, məzlumun yanındayam” - sözlərini deyib. 

28 yaşlı niderlandlı oyunçu "Ayaks", "Lill", "Aston Villa" və PSV-də çıxış etdikdən sonra yayda "Maynts 05"ə transfer olunmuşdu.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->