Xəbər lenti

Alkoqol və narkotikanın məhv etdiyi istedad:
İdman 14:06 23.03.2023

Alkoqol və narkotikanın məhv etdiyi istedad: "Yuxudan oyanan kimi içməyə başlayırdım..."

Bəzi futbolçular futbolun erkən yaşda gətirdiyi dəbdəbəli həyatdan valeh olurlar. Dəbdəbə və təmtəraq bəzilərinin ağlını başından alır. 1990-cı illərdə İngiltərə futbolu camiəsində "böyük istedad" adlandırılan Billi Kenni də futbolun nemətlərini özü üçün bataqlığa çevirənlərdən biri idi...

Qaynarinfo keçmiş futbolçunun xarici mətbuata şəxsi həyatı haqda verdiyi açıqlamaları təqdim edir: 
 
"Everton"un gənc istedadı 90-cı illərdə ingilis futbolunun ən böyük ümidlərindən biri idi. Oyun tərzinə görə "Qudison Qazza" ləqəbi ilə tanınan və əfsanəvi Pol Qaskoyna bəznədilən Kenni həyatının 25 ilini əlindən alan içki və narkotikə bağlılığı haqda təəccübləndirən sözlər söyləyib. "Everton"un akademiyasında futbolun sirlərini öyrənən Kenni 1992-ci ilin oktyabrında "Koventri" ilə matçda debüt edəndə cəmi 19 yaşı var idi. Premyer Liqada "Liverpul"la oynda meydana çıxdığı ilk Mersisayd derbisində isə matçın adamı seçildi və geniş rəğbət gördü. Lakin onun karyerasına əməliyyat tələb edən zədələr və yırtıq problemləri mane oldu. Bu zədələr, depressiya və o dövrdə klub ətrafındakı ağır içki mədəniyyəti Kenninin nəzarətdən çıxmasına səbəb oldu.
 


Yaşadıqları ilə bağlı səmimi açıqlamalar verən Kenni, uşaqlığının problemli keçdiyini etiraf edib: 

"Evertonun A komandasında oynayana qədər heç vaxt sevgilim olmayıb. Bu bir növ standart idi. Kiçik uşaq olduğum üçün özümü bu yolu keçən kişilərdən biri kimi hiss etdim”. 
 


Kenninin problemlərini anlayan "Everton" onu sağalması, psixi sağlamlıq və narkomaniya aludəliyindən uzaqlaşdırmaq məqsədilə Konventridəki Monastır xəstəxanasına göndərdi. Ancaq o dövrdə Premyer Liqa klublarının lazımi psixoloji dəstək sistemi olmadığı üçün futbolçunun vəziyyəti diqqətdən kənarda qaldı. O, xəstəxanaya yerləşdirilməsini belə təsəvvür edir:

"Bir dəfə alkoqol və kokain istifadə etdim, təxminən 17 gün küçədə qaldım. Bu, yaşadığım ən pis anlar idi. Günlərlə küçədə müntəzəm şəkildə kokain çəkirdim. Bir dəfə ürəyim dayandı və özümü xəstəxanada gördüm. 20 yaşımda cəhənnəmə getdim və qayıtdım”.
 


"Everton"un heyətində Premyer Liqada cəmi 17 oyun keçirdikdən sonra o, 1994-cü ildə Co Roylun idarə etdiyi "Oldhama" transfer oldu. Rəhbərlik Kennini futbola fokuslayaraq istedadının boşa getməsini istəmirdi. Lakin o, aludəçiliyinə qalib gələ bilmədi və Barrouda qısa müddət keçirdikdən sonra 21 yaşında futbolçu karyerasına son qoymaq məcburiyyətində qaldı. Gəncliyində səhvlər buraxdığını bildirən Kenni "25 ildir spirtli içki və kokaindən istifadə edirəm. Mən mütləq fasiləsiz içirdim. Hələ də sağ qalmağıma təəccüblənirəm. Yuxudan oyanan kimi içməyə başlayırdım, iki-üç gün içki içirdim, iki gün yatırdım. Sonra Çin yeməklərini yeyib eyni şeyi təkrarlayırdım. Eqoist bir axmaq idim. İstədiyim tək şey içki və narkotik idi”, deyə bildirib.
 


O, ailəsini pis vəziyyətə saldığına görə peşman olduğunu bildirib. Atası 1970-ci illərdə "Everton"da oynamış futbolçu idi. O zaman yaşadığı xaosu düşünən Kenni atasının bəzən utandığı üçün evdən çölə çıxa bilmədiyini və valideynlərini incitdiyini bildirib. Kenni anası Bellanın ölümündən sonra təmizləndi. Keçmiş futbolçu gənc nəslin eyni səhvlərə yol verməməsi üçün başına gələnləri danışıb: 

"Anamın ruhu mənə güc verir. Çünki bunu təkbaşına edə bilməzdim. Bunu necə etdiyimi sizə deyə bilməzdim. Ağıllı və ayıq qalmaq üçün çox çalışmağı tələb edən pis günlərim oldu. Amma indi həyat mənim üçün əladır. İndi ayığam və bu, mükəmməldir. Ananı itirmək işini itirməkdən daha pisdir. Futbol mənim üçün əyləncəli idi və işə çevrildi. Atama dedim ki, bir gün səni yenə qürurlandıracağam. İndi mən səhnəyə çıxanda o xoşbəxtdir. "Everton”da oynamışam və heç kim bunu məndən ala bilməz”.

Mənbə: "Sozcu"
 
Tərcümə: Səbuhi Həsənov
Qaynarinfo

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->