Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın əldə etdiyi xəbərə görə, iş üzrə toplanmış matreallar yaxın günlərdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Xatırladaq ki, Alimpaşa Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şərhlər