Futbolçu Cerard Pike ilə qalmaqallı ayrılığı ağrılı-acılı yaşayan məşhur müğənni Şakira onunla münasibəti naminə etdiyi fədakarlıqlardan danışıb.
Qaynarinfo
xəbər verir ki, bu barədə Daily Mail yazır.
Məlum olub ki, ulduz daha sonra müğənnilik karyerasını arxa plana keçirmək qərarına gəlib. O, sevgilisinə və uşaqlarına daha çox vaxt ayırmaq istəyib.
"Uzun müddətdir ki, karyeramı sırf Jerarla yaxın olmaq və onun futbol oynamağa davam edə bilməsi üçün dayandırdım. Sevgi üçün çoxlu qurbanlar verdim. Mənim prioritetim evim, ailəm idi. Bu arzuma inanırdım. Mən bunu özüm üçün və uşaqlar üçün xəyal edirdim”, - Şakira deyib.
O, əlavə edib ki, yaradıcı insanla idmançının birliyi çətindir, çünki hər kəsin həyata öz baxışı var.
"Sənətkarın işinin əsasını empatiya təşkil edir. İdmançılar isə daim mübarizə şəraitində olurlar, nəyin bahasına olursa-olsun empatiyadan qaçmalıdırlar", - müğənni əlavə edib.
Cütlük 2010-cu ildə futbol matçında tanış olub. Onların münasibətləri təxminən 12 il davam edib. Milan və Saşa adlı iki oğulları var.
2022-ci ilin yayında sevgililərin ayrılması ilə bağlı məlumatlar ortaya çıxıb. Rəsmi səbəb kimi Pikenin çoxsaylı xəyanətləri göstərilir.
Alpər
Şərhlər