İyulun 20-də İspaniya məhkəməsi dələduzluq və vergidən yayınmada şübhəli bilinən müğənni Şakiraya qarşı yeni istintaqa başlayıb.
Qaynarinfo "People" nəşrinə
istinadən xəbər verir ki, kolumbiyalı ulduz 2018-ci il üçün gəlir vergisini ödəməkdən yayınmağa cəhd etməkdə şübhəli bilinir. Müğənni özü isə bütün ittihamları rədd edir.
Versiyalardan birinə görə, İspaniya məhkəməsi Barselona prokurorluğunun iqtisadi cinayətlər üzrə şikayəti əsasında Şakiranın vergi idarəsini aldatdığını iddia edən yeni iş açıb.
Yeni təhqiqat ilk istintaq zamanı Şakiranın 13,9 milyon dollar vergidən yayınmaqda ittiham olunduqdan 10 ay sonraya təsadüf edir.
Şakiranın vəkilləri bu günə qədər işin gedişi ilə bağlı şərh verməkdən imtina ediblər. Ulduzun nümayəndələrinin yaydığı rəsmi açıqlamada bildirilir ki, müğənni hər zaman təsərrüfat işlərini qanun çərçivəsində aparıb və ən yaxşı vergi məsləhətçiləri ilə əməkdaşlıq edib.
Aydın
Şərhlər