Kolumbiyalı müğənni Şakira vergi saxtakarlığına görə məhkəmədən yayınacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” Barselona məhkəməsinə istinadən məlumat yayıb.
Məhkəmə ilə razılaşmanın bir hissəsi olaraq və həbsdən yayınmaq üçün o, 7,3 milyon avro cərimə ödəməli olacaq.
Müğənni 2012-2014-cü illər arasında İspaniya xəzinəsinə 14,5 milyon avro məbləğində vergi ödəməkdən yayınmaqda ittiham olunub. 2022-ci ilin yayında İspaniya prokurorluğu Şakiranı 8 il 2 ay həbs cəzasına məhkum etməyi, həmçinin vergiləri ödəmədiyi üçün müğənnidən 23 milyon avro cərimə tələb edib. Öz növbəsində ifaçı israr edib ki, onun İspaniya hakimiyyət orqanlarına ödənilməmiş borcları yoxdur.
Müğənni 2012-2014-cü illər arasında İspaniyada vergi rezidenti olmadığını iddia edib. Onun sözlərinə görə, vergi rezidenti statusunu yalnız 2015-ci ildə alıb. Şakira israrla bildirib ki, ispan prokurorları ona qarşı qarayaxma kampaniyası başladıb və şəxsi toxunulmazlıq hüququnu pozublar.
Aydın
Şərhlər