Xəbər lenti

Aİ XİN rəhbərləri Ukrayna üçün
Dünya 13:56 11.12.2023

Aİ XİN rəhbərləri Ukrayna üçün "təhlükəsizlik zəmanətləri"ni müzakirə edəcək

Bazar ertəsi Avropa İttifaqına üzv dövlətlərinin xarici işlər nazirlərinin görüşündə NATO-nun Vilnüs sammiti çərçivəsində imzalanmış G7 bəyannaməsinin davamı olaraq Alyansın Ukrayna üçün mümkün "təhlükəsizlik zəmanətləri"ni müzakirə edəcəklər.

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa İttofaqının baş diplomatı Cozep Borrell Brüsseldəki görüşdən əvvəl danışıb. 

"Təhlükəsizlik və müdafiə üzrə baş katibim, müavinim Şarl Friz Ukrayna tərəfi ilə məsləhətləşmələr üçün Kiyevə getdikdən sonra bu həftənin sonunda Avropa sammitində çox qabaqcıl təhlükəsizlik öhdəliklərini təqdim edəcəyik. Biz bu təkliflərlə necə irəliləyəcəyimizi müzakirə etməli və dəstəyimizi artırmalıyıq", deyə Cozep Borrell bildirib.

Aİ rəsmisi qeyd edib ki, hərbi əməliyyatların intensivliyi azalmır və son vaxtlar Kiyevə Rusiya dronlarının kütləvi hücumu olub.

"İndi Ukraynaya dəstək üçün bütün imkanlarımızı işə salmağın vaxtıdır", deyə diplomat vurğulayıb.

Borrell qeyd edib ki, söhbət Avropa Sülh Fondunun imkanlarının artırılması və üzv dövlətlər arasında Ukrayna ilə ikitərəfli sazişlərin əlaqələndirilməsi və bütün Aİ səviyyəsində yardım haqqında olacaq.

Xatırladaq ki, G7 ölkələri NATO-nun Vilnüsdə keçirilən sammitində Ukrayna üçün "təhlükəsizlik zəmanətləri" üzrə çərçivə sənədi üzərində razılığa gəliblər. Təhlükəsizlik öhdəliklərini təmin etməyə razılaşan dövlətlərlə konkret ikitərəfli sazişlər daha sonra imzalanacaq.

Ötən həftənin əvvəlində Ukrayna Aİ ilə kollektiv "təhlükəsizlik zəmanətləri” ilə bağlı məsləhətləşmələrə başlayıb. Belə məsləhətləşmələr noyabr ayında Almaniya və İtaliya ilə, ondan əvvəl isə Niderland və Fransa ilə başlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->