Millimizin və "Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirə bilər.
Qaynarinfo-nun məlumatına görə, qolkiper "Adana Dəmirspor”a keçir. Bu barədə Türkiyənin məşhur nəşrlərindən olan "Fanatik”də məlumat yer alıb.
29 yaşlı qapıçı Superliqa təmsilçisi ilə 2+1 illik razılaşma əldə edib. Məhəmmədəliyev yeni komandasına azad agent kimi keçəcək. O, "Adana Dəmirspor”da yerli futbolçu statusunda çıxış edəcək.
Şahruddin 2016-cı ildən "Qarabağ”ın formasını geyinir.
Səbuhi Həsənov
Şərhlər