Xəbər lenti

Afrika liderləri Zimbabve prezidentinin andiçmə mərasimini boykot etdi
Dünya 14:45 05.09.2023

Afrika liderləri Zimbabve prezidentinin andiçmə mərasimini boykot etdi

Demək olar ki, bütün regional liderlər Zimbabve prezidenti Emmerson Mnanqaqvanın yeni müddətə andiçmə mərasimində iştirakdan imtina ediblər. Gələnlər arasında yalnız Zimbabve ilə qonşu Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa, Konqo Demokratik Respublikasının prezidenti Feliks Tşisekedi və Mozambikin prezidenti Filipe Nyusi olub. 

Qaynarinfo xəbər verir ki, "Financial Times"ın məlumatına görə, Cənubi Afrika İnkişaf Birliyinə (SADC) daxil olan dövlətlərin digər 12 lideri iştirak etməyib.
 
Emmerson Mnanqaqva 2017-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyəti ələ keçirib. O, 2018-ci ildə prezident seçkilərində müxalifət lideri Nelson Çamizanı cüzi fərqlə məğlub edib. Daha sonra müxalifət hakimiyyəti seçkilərin nəticələrini kütləvi saxtalaşdırmaqda ittiham edib. Keçən ay keçirilən seçkilərdə Emmerson Mnanqaqva seçki komissiyasının məlumatına görə, 52,6% səs toplayaraq yenidən Çamizanı (44%) üstələyib. 

Eyni zamanda, səslərin hesablanması gecikdirilib, buna görə də müxalifət yenidən hakimiyyəti saxtakarlıqda və seçicilərə təzyiq göstərməkdə ittiham edib və təkrar səsverməyə çağırıb. Beynəlxalq müşahidəçilər, o cümlədən SADC ölkələrinin nümayəndələri də seçkilərin regional və beynəlxalq standartlara uyğun olmadığını bildiriblər. Beynəlxalq insan haqları təşkilatlarının məlumatına görə, ölkədə seçkilər zamanı və seçkilərdən sonra onlarla müxalifət xadimi və fəal oğurlanıb, həbs edilib, döyülüb və işgəncələrə məruz qalıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->