Xəbər lenti

6 yaşlı Yasmin Paşayevanı məktəbə qəbul etmirlər: Nazirlik və BŞTİ şikayətə baxmır
Foto 12:07 15.07.2023

6 yaşlı Yasmin Paşayevanı məktəbə qəbul etmirlər: Nazirlik və BŞTİ şikayətə baxmır

Bakıda rus bölməsi üzrə 1-ci sinifə müsahibə mərhələsindən keçən 6 yaşlı Yasmin Paşayeva məktəbə qəbul ola bilmir. 

Bu barədə Qaynarinfo-ya azyaşlının valideynləri bildirib. 

Azyaşlı və valideynləri Qaradağ rayonunda qeydiyyatda olsalar da, onlar işləri ilə əlaqədar 3 ildən çoxdur paytaxtın Yasamal rayonunda qohumlarının evində yaşayırlar: "Biz Qaradag rayonun Lökbatan qəsəbəsində qeydiyyatdayıq. Polisdə hazırkı yaşayış yerimiz barədə qeydiyyatdan da keçmişik. Sənədi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) elektron ünvanına da göndərdik. Ötən il uşağı məktəbin hazırlıq qrupuna götürmədilər. Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil məktəblərin rus bölmələri üzrə keçirilən müsahibədə Yasmin Paşayeva iştark etdi və uğurlu nəticə göstərdi. Yeni Yasamlda yaşadığımız ərazi üzrə məktəb seçimi etsək də, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin elektron qeydiyyat sistemində imtina verilir. Dəfələrlə elektron ünvanda hazırkı yaşayış yeri üzrə polisdən aldığımız kağızı göndərsək də, imtina edirlər.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq və cavab isə belə oldu: "Hörmətli valideyn, bildiririk ki, siz övladınız üçün 286 nömrəli tam orta məktəbə sorğu yerləşdirmisiniz. Sizə sorğunuzun qəbul və ya imtinası barəsində məlumat veriləcək. Zəhmət olmasa, şəxsi kabinetdə Əlaqə bölməsində sorğu yerləşdirdiyiniz məktəbin ünvanında yaşadığınızı təsdiqləyən sənədi göndərməyiniz xahiş olunur”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, 6 yaşlı Yasmin Paşayevanın Yeni Yasamlda məktəbdə təhsil alması üçün qeydiyyata düşməyi vacibdir: 

"Valideyn Bakı şəhər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə gəlib müraciət etsin”. 

6 yaşlı Yasmin Paşayevanın valideynləri Bəşarət Məmmədovun tövsiyyəsinə uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinə gediblər: 

"Bizi qarşılayan belə olmadı. Ancaq bir nəfər kabinetində oturub, telefonla müraciətimizi dinlədi. Avqust ayının 2-də yenidən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qəbula gəlməyimizi tövsiyyə etdi. Koronavirus pandemiyası bitib. Hələ də Bakı Şəhəri üzrə Təhsil İdarəsi vətəndaşlarla məsafəli görüş keçirir”.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->