İngiltərənin 3-cü Divizion komandası "Bolton" Markos Alonsonun "Barselona"ya transferinə görə təzminat istəyib.
Qaynarinfo-nun məlumatına görə, iqtisadi cəhətdən çətin günlər keçirən və "Neqreira işi"nə görə istintaq altında olan "Barselona"dan 4-cü Liqa komandası "Union Adarve"nin ardından "Bolton" da təzminat tələb edib. "Mundo Deportivo"da yer alan xəbərdə "Bolton"un keçmiş oyunçusu Markos Alonsonun "Çelsi"dən "Barselona"ya transferi ilə bağlı məhkəməyə müraciət etdiyi bildirilib. "Barselona"nın imzaladığı müqaviləyə əsasən, "Union Adarve" 103 min avro ödəniş tələb edir. "Bolton"un da analoji tələblə çıxış etdiyi və məsələni FİFA-ya çatdırdığı bildirilib.
"Union Adarve"nin Pyer-Emerik Aubameyanqı "Barselona"dan "Çelsi"yə transfer olunması, Alonsonun transferindən daha ucuz başa gəlməsi iddiası ilə təzminat tələb edilib.
Alonso 2010-2013-cü illərdə "Bolton"da çıxış edib.
Səbuhi Həsənov
Şərhlər