Xəbər lenti

Zabit Nəbizadə:
Sənət 13:53 06.11.2024

Zabit Nəbizadə: "Deyirlər "Humay" mükafatı almışam, amma..."

Xalq artisti, muğam ifaçısı Zabit Nəbizadə "Humay" mükafatına layiq görülüb.
 
Xanəndə Qaynarinfo-ya açıqlamasında pedaqoji fəaliyyətinə görə "Humay" mükafatına laiq görüldüyü üçün Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimiyə təşəkkürünü bildirib:

"Çox sağ olsunlar, gözləmirdim bunu. Mükafatı mənə Fikrət Zərbəliyev təqdim etdi. Təqdimat yazılanda konservatoriyadan soruşdular ki, bu mükafatı almısınız? Dedim ki, yox. Evdə uşaqlar araşdırdılar ki, görək bu mükafat kimə verilib. Dedilər ki, mənim adım bu mükafatı alanların siyahısında var. Dedim ki, xəbərim yoxdur, yəqin adım gedib, özüm kölgədə qalmışam".

Zabit Nəbizadə deyir ki, belə bir mükafat ona tədqim olunmayıb:

"Əgər verilsəydi, mütləq mənə tədqim olunardı və evimdə olardı. Mükafatın diploumu var. İndi buna da şükür, Allah bərəkət versin, sağ olsunlar... Əsas odur ki, diqqətdə varam və bu mükafatı aldım". 

Zabit Nəbizadə solo konsertə hazır olduğunu qeyd edib:

"COP29 elə bizim hər birimiz üçün konsert layihəsidir. Konset bütün yaradıcı insanların arzusudur. Amma mənim işim oxumaqdır. Kimsə təşkil etsin, desin ki, filan günü səhnədəsən. Əgər afişa yapışdırıb, onun dəvətnaməsini paylayıb, bilet satacamsa, belə konsert nəyimə lazımdır. Gərək  bunun təşkilatçıları ola. Yəni mən belə düşünürəm. O qədər problemim var, bir də konsertin arxasınca düşmək istəmirəm. Onsuz da əziyyət çəkirəm. Bu günə kimi çoxlu konsertlərim olub. Baxdım ki, konsertdən sonra uman-küsən çox olub. Gileylənirdilər ki, "mənə niyə bilet verməmisən". Dəvatnamə verəcəyəmsə, o zaman bu konsert nəyimə lazımdır? 10 gün dalbadal konsert versəm, zal dolacaq. Hamı da dəvatnamə istəyir. Belə çıxır ki, mən konserti pulsuz verməliyəm? Başım sakit oturmuşam da".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->