Xəbər lenti

XİN: Çinin sülh təşəbbüsü 26 ölkə tərəfindən dəstəkləndi
Dünya 14:45 05.06.2024

XİN: Çinin sülh təşəbbüsü 26 ölkə tərəfindən dəstəkləndi

Rusiya və Ukraynanın iştirakı ilə İsveçrə konfransına alternativ sülh konfransının keçirilməsini nəzərdə tutan Çin və Braziliyanın birgə sülh təşəbbüsü 26 ölkə tərəfindən dəstəklənib. 

Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ bildirib.

"Van bildirib ki, 26 ölkə Çin və Braziliyanın əldə etdiyi "ortaq anlaşmaya" qoşulmağa razılaşıb (və ya qoşulmaq istəyir). Onun sözlərinə görə, ümumilikdə 45 ölkə bu ideyalara "müsbət qiymət” verib”, – "Bloomberg” yazır. Onun sözlərinə görə, Rusiya və Ukrayna ayrı-ayrılıqda Çinin sülh planının "məzmunlarının əksəriyyətini” təsdiqləyiblər.

Xatırladaq ki, İsveçrədə Rusiyanın iştirakı olmadan keçiriləcək sülh konfransına 160 ölkədən nümayəndə heyəti dəvət olunub. Çin, Cənubi Afrika və Braziliya konfransda iştirakdan imtina edib. İsveçrəyə getməkdən imtina etdikdən sonra Çin və Braziliya Rusiya və Ukrayna tərəfindən tanınacaq alternativ sülh konfransı keçirməyi təklif ediblər. Tərəflər bu təkliflə mayın 24-də Çinin xarici işlər naziri Van İ ilə Braziliya prezidentinin baş müşaviri Selso Amorim arasında keçirilən görüşdən sonra çıxış ediblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->