Xəbər lenti

Vüqar Əhmədov Xaçmazda vətəndaşları qəbul etdi
Ekonomiks 17:24 30.08.2024

Vüqar Əhmədov Xaçmazda vətəndaşları qəbul etdi

Bu gün "Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Xaçmazda Xaçmaz və Qusar rayonlarından olan vətəndaşlarla görüşüb.

Qaynarinfo-nun quruma istinadən verdiyi məlumata görə, Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.

Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq və aidiyyəti şöbələrin icraatına göndərilib.

Qeyd edək ki, "Azərişıq” ASC-nin həyata keçirdiyi bütün tədbirlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->