Xəbər lenti

Vengerin ofsaydla bağlı bu təklifi qəbul oluna bilər
İdman 14:25 20.11.2023

Vengerin ofsaydla bağlı bu təklifi qəbul oluna bilər

FİFA-da beynəlxalq futbolun inkişafına cavabdeh olan məşhur mütəxəssis Arsen Venger futbolda nəhəng dəyişiklik təklifi edib.

Qaynarinfo-nun məlumatına görə, Venger son illərdə futbol dünyasında ən çox müzakirə edilən ofsayd qaydalarında köklü dəyişiklik ola biləcəyini rəli sürüb. Video köməkçi hakimin (VAR) tətbiqi ilə indiki futbol dünyasında ofsayd qərarları daha dəqiq qəbul edilir, bir çox qol isə santimetrlə ölçülən kiçik fərqlərə görə etibarsız sayılır. 

22 illik "Arsenal” karyerasından sonra hazırda FİFA-nın beynəlxalq futbolun inkişafı üzrə rəhbəri olan Venger bir müddət əvvəl yeni qayda təklif etmişdi. Qaydaya görə, oyunçuların bədənlərinin bir hissəsi son rəqib futbolçu ilə cüzi də olsa üst-üstə düşərsə, bu oyundankənar vəziyyət hesab olunmayacaq. Yalnız bütün bədən rəqiblərinin qarşısında olduğu halda ofsayd sayılmalıdır.

Hücumçulara daha çox yer vermək və ən kiçik fərqlə ləğv edilən qolların sayını azaltmaq üçün ofsayd qaydasının dəyişdirilməsi ideyasını gündəmə gətirən Vengerin bu təklifi qəbul olunarsa, dünya futbolunda böyük bir inqilab baş verə bilər.

Mövcud qaydalara görə, bədəninin hər hansı bir hissəsi azca kənarda olsa belə, bu ofsayd sayılır. IFAB, VAR-ın tətbiqindən sonra yaranan mübahisələri aradan qaldırmaq məqsədi daşıyan Vengerin təklifini nəzərdən keçirməyə başlayıb. Təklifi qəbul olunacağı təqdirdə, 2024-2025 mövsümündən etibarən oyunlar yeni qayda ilə oynanılacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->