Xəbər lenti

Venesiyada kanallar quruyur, İtaliya daha bir quraqlıqla üz-üzə (FOTO)
Dünya 14:28 21.02.2023

Venesiyada kanallar quruyur, İtaliya daha bir quraqlıqla üz-üzə (FOTO)

Venesiya kanalları yağıntıların olmaması səbəbindən qurumağa başlayır. Onlardan bəziləri artıq qondolları hərəkət etdirə bilmir. 

Qaynarinfo The Guardian-a istinadla xəbər verir ki, İtaliya növbəti quraqlıq ehtimalı ilə üz-üzədir.

Quru qışın İtaliyanın növbəti quraqlıqla üzləşə biləcəyi ilə bağlı qorxuları artırdığı bildirilir. Alimlərin və ətraf mühit qruplarının fikrincə, bu mövsüm Alp dağlarına adi qar miqdarının yarısından azı düşüb.

Venesiyada bəzi yerlərdə suyun səviyyəsi sıfırdan üç metr aşağıdır. Bu, adətən yayda müşahidə olunur, lakin qışda deyil.

İtaliyanın çay və gölləri də ciddi su çatışmazlığından əziyyət çəkir. Şimal-qərbdəki Alp dağlarından Adriatikə qədər axan İtaliyanın ən uzun çayı olan Poda ilin bu vaxtında həmişəkindən 61% az su var.

Bildirilir ki, son iki həftə ərzində Avropada antisiklon hökm sürür, bir çox ölkələrdə yazın sonu üçün xarakterik olan temperatur müşahidə olunur.

Xatırladaq ki, keçən yay isti dalğaları və quraqlıq Avropanın çox hissəsini bürümüşdü. Rekord istilik dalğası irimiqyaslı meşə yanğınlarına və mindən çox insanın ölümünə səbəb olub.

İyul ayında İtaliya son 70 ilin ən güclü quraqlığına məruz qaldı və ölkənin kənd təsərrüfatı istehsalının təxminən üçdə birini təşkil edən Po çayı ətrafındakı ərazilərdə fövqəladə vəziyyət elan edildi.

Planetin yarısını əhatə edən həddindən artıq isti çayların dayazlaşmasına və su anbarlarının drenajına səbəb oldu, nəticədə onların dibində dinozavrların izləri, qədim şəhərlər, "ac daşlar" da daxil olmaqla bir çox maraqlı tapıntılar aşkar edildi.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->