Qaynarinfo-nun məlumatına görə, qəzada dünyasını dəyişən şəxslərdən biri "Mikro Tunel Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı olub.
Kamil Qaybaliyev sözügedən şirkətdə ekskavatorçu işləyib.
Ehtimal edilir ki, qəzada dünyasını dəyişən digər şəxslər də sözügedən şirkətin əməkdaşları olublar.
Qeyd edək ki, "Mikro Tunel Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Cəlal Əliyev Cəlallədin oğludur. Şirkət işğaldan azad olunan ərazilərdə tunel işlərinin qurulması ilə məşğuldur.
Xatırladaq ki, noyabrın 4-də Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.
Əhməd
Şərhlər