Xəbər lenti

Ukrayna hakimiyyəti F-16 pilotlarının hazırlığından narazıdır
Dünya 22:58 06.06.2024

Ukrayna hakimiyyəti F-16 pilotlarının hazırlığından narazıdır

Ukrayna hakimiyyəti F-16 pilotlarının hazırlığının sürətindən narazıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" yazır.

Nəşrin mənbələrinə görə, Ukrayna tərəfi dəfələrlə prezident Co Baydenin administrasiyasına F-16-da təlim keçmək üçün 30 pilotu dərhal ABŞ-a göndərməyə hazır olduğunu bildirib. Bununla belə, "Politico”nun həmsöhbətləri iddia edirlər ki, ABŞ sentyabrın sonuna qədər Arizonadakı bazasında yalnız 12 ukraynalı pilota təlim keçməyə hazırdır. Nəşrin yazdığına görə, Rumıniya və Danimarkadakı təlim mərkəzləri də Kiyevin istədiyi qədər ukraynalı pilotu qəbul edə bilməz.

Senatın Kəşfiyyat Komitəsinin nümayəndələri də Pentaqondan ukraynalı pilotların təlimini sürətləndirməyi xahiş ediblər. Bununla belə, ABŞ hakimiyyəti F-16 pilotlarının hazırlanması ilə bağlı digər ölkələrlə əvvəllər bağlanmış müqavilələrə istinad edir ki, onlar buna əməl etməlidirlər, Politico yazır.

Nəşr xatırladır ki, Ukrayna uzun müddətdir ki, Qərb müttəfiqlərindən ona F-16-ların verilməsini xahiş edib, lakin əvvəlcə qırıcıların təhvil verilməsi ilə bağlı qərar gecikdirilib, sonra maddi-texniki çətinliklərə görə onların göndərilməsi ləngiyib, indi isə pilotların hazırlanması ilə bağlı çətinliklər yaranıb. 

Xatırladaq ki, Belçika, Danimarka, Niderland və Norveç 2024-cü ilin yayının sonuna qədər ABŞ istehsalı olan 60-dan çox F-16 döyüş təyyarəsini Ukraynaya təhvil verməyi planlaşdırır. Ukrayna hakimiyyəti bildirir ki, F-16 Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın işğalına daha effektiv müqavimət göstərməyə kömək edəcək. Bununla belə, Politico-nun qeyd etdiyi kimi, Qərb müttəfiqləri Ukraynaya verilən F-16-ların cəbhədəki vəziyyətə köklü təsir göstərə biləcəyinə inanmırlar.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->