Xəbər lenti

Üç ölkə lideri Kiyevə gəldi və gəlişlərinin səbəbini belə izah etdilər
Dünya 12:21 16.06.2022

Üç ölkə lideri Kiyevə gəldi və gəlişlərinin səbəbini belə izah etdilər

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İtaliyanın baş naziri Mario Draqi Kiyevə birgə səfərə gəliblər.

Qaynarinfo bu barədə "Reuters” xəbər agentliyinə istinadla xəbər verir

"Bu, vacib məqamdır. Bu, ukraynalılara göndərdiyimiz birlik mesajıdır, həm bu gün, həm də gələcək haqqında danışmaq üçün dəstəkdir, çünki bildiyimiz kimi, qarşıdakı həftələr çox çətin olacaq”, - Kiyevə çatan Makron bildirib. 

Rumıniya prezidenti Klaus İohannis da Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə onlara qoşulacaq.

Kiyevə gələnlərdən ikisi, Makron və Şolz ölkələrində və xaricdə Ukraynaya lazımı dəstək göstərmədiklərinə görə aylardır tənqid olunurlar. 

"Biz buradayıq, diqqətimizi cəmləmişik, prezident Zelenski ilə qırğınların baş verdiyi hərbi əməliyyatların aparıldığı yerə gedəcəyik", - Makron deyib.

Üç Avropa liderinin səfəri Ukraynanın Rusiyanın cənub və şərqdəki irəliləyişlərinin qarşısını almaq üçün əlavə silah tələb etdiyi vaxta təsadüf edir. 

Nikolayevdəki Ukrayna qüvvələrinə rəhbərlik edən general-mayor Dmitri Marçenko deyib ki, onun qoşunları, lazımi silahlar verilsə, Rusiyanı məğlub edə bilər.

Simvolik səfər Avropa Komissiyasının Ukraynanın AB-yə namizəd statusu ilə bağlı tövsiyə verməsindən bir gün əvvəl baş tutur. 

Qeyd edək ki, buna qədər Kiyev Fransa, Almaniya və bir qədər də İtaliyanı Ukraynaya dəstək verməkdə ləng davranmaqda, onları silah tədarükünü gecikdirməkdə və öz rifahını Ukraynanın azadlığı və təhlükəsizliyindən üstün tutmaqda ittiham edib.

Zelenskinin müşaviri Aleksey Arestoviç bu həftə Almaniyanın "Bild” qəzetinə deyib ki, o, liderlərin Rusiya prezidenti Vladimir Putinin xeyrinə olacaq sülh sazişinə razılaşmaq üçün Kiyevə təzyiq göstərəcəyindən narahatdır.

"Onlar deyəcəklər ki, ərzaq problemlərinə və iqtisadi problemlərə səbəb olan müharibəyə son qoymalıyıq... biz cənab Putinin üzünü xilas etməliyik”,- o deyib. 

İtaliya prezidenti Draqi bildirib ki, sülh danışıqları mümkün qədər tez başlamalıdır, ancaq o Ukraynanın məqbul hesab etdiyi şərtlərlə aparılmalıdır.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->