Xəbər lenti

Türkmənistanda Əliyev-Ərdoğan görüşü: Prezidentlər hansı məsələləri müzakirə edib?
Siyasət 14:22 15.12.2022

Türkmənistanda Əliyev-Ərdoğan görüşü: Prezidentlər hansı məsələləri müzakirə edib?

"Türkiyə Prezidenti Azərbaycanın Laçın dəhlizində gedən proseslərdə atdığı addımları yüksək dəyərləndirib və bu istiqamətdə Bakıya lazımi köməyi etməyə hazır olduğunu bildirib”.
 
Bunu Qaynarinfo-ya politoloq Əlimusa İbrahimov Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşü şərh edərkən deyib.
 
"Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin Türkmənistana səfəri böyük bir silsilə prosesin davamıdır. Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının yaranması və inkişafında mühüm addımlar atır. Türkmənistanla bu iki ölkənin əlaqələrinin inkişaf etdirilməsi də həmin silsilə tədbirlərin tərkib hissəsidir. Məqsəd Türkmənistanın sözügedən təşkilatda fəal rol oynamasına istiqamətlənib. Ekspert bildirib ki, dövlət başçıları bir sıra mühüm məsələləri müzakirə edib:



Səfərdə məqsəd həm də türkmən qazının Azərbaycan vasitəsilə Türkiyəyə çatdırılması və oradan Avropaya yönləndirilməsi istiqamətində hazırlıqlarla bağlı idi. Həmin tədbir fonunda Türkiyə ilə Azərbaycan liderləri arasında keçirilən ikitərəfli görüş də mühüm əhəmiyyətə malik idi. 

Əliyev-Ərdoğan görüşü zamanı Türkmənistanla bağlı məsələlər, həmçinin son dövrlər Azərbaycan-Ermənistan münasibətlərində, xüsusən də Laçın dəhlizində baş verən proseslər müzakirə edilib. İki ölkə rəhbərinin müzakirələrində Laçın yolundakı durumun perspektivi məsələsini də müzakirə ediblər. Türkiyə Prezidenti də Azərbaycanın Laçın dəhlizində gedən proseslərdə atdığı addımları yüksək dəyərləndirib və bu istiqamətdə Bakıya lazım olan köməyi etməyə hazır olduğunu bildirib. Görüşdə bu kimi məsələlər ətrafında söhbətlər aparılıb”.
 
Qeyd edək ki, dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bu il də bütün sahələrdə daha da genişləndiyi vurğulanıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->