Türkmənistan prezidenti, bu ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Sərdar Berdiməhəmmədova ordu generalı hərbi rütbəsi verilib.
Qaynarinfo xəbər verir ki, Türkmənistan parlamentinin müvafiq qərarı "Neytral Türkmənistan” hökumət qəzetində dərc
olunub.
Parlamentin qərarında qeyd edilir ki, bu qərar "Türkmənistan Konstitusiyasının 81-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq” qəbul edilib. 81-ci maddədə deyilir ki, Məclis "dövlət təltifləri təsis edir, Türkmənistan prezidentini dövlət mükafatları ilə təltif edir, ona hərbi və digər dövlət rütbələri verir”.
Yanvarın 27-də Türkmənistanda Vətən Müdafiəçiləri Günü qeyd olunur.
Türkmənistanın eks-prezidenti, Sərdar Qurbanqulu Berdiməhəmmədovun atası da ordu generalı hərbi rütbəsinə malikdir.
Alpər
Şərhlər