Xəbər lenti

Türkmənistan prezidenti atası və ailəsinə toxunulmazlıq hüququ verdi
Dünya 17:06 23.01.2023

Türkmənistan prezidenti atası və ailəsinə toxunulmazlıq hüququ verdi

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov yanvarın 21-də "Türkmən xalqının ümummilli lideri haqqında” konstitusiya qanununu imzalayıb. Bu qanun, digər məsələlərlə yanaşı, onun atası, eks-prezident Qurbanqulu Berdiməhəmmədov və ailə üzvlərinə toxunulmazlıq hüququ verir.

Qaynarinfo xəbər verir ki, yanvarın 21-də Türkmənistan parlamentinin birgə iclası keçirilib. Türkmənistan Milli Gəngəşinin (parlament) şənbə günü keçirilən iclasında ikipalatalı qanunverici orqan Məclisə çevrildi, Məclis 2021-ci ildən Türkmənistan parlamentinin aşağı palatası olub. Yuxarı palata – Xalq Məsləhəti "xalq hakimiyyətinin ali orqanı" olaraq yenidən təşkil edildi - keçmiş prezident Qurbanqulu Berdiməhəmmədov onun sədri olaraq qaldı.

"Türkmənistanın Xalq Məsləhətinin yaradılması və ona geniş səlahiyyətlərin verilməsi, o cümlədən Türkmənistan konstitusiyasının və konstitusiya qanunlarının qəbulu, onlara dəyişiklik və əlavələrin edilməsi ilə bağlı təkliflərə baxılıb təsdiq edilməsi ilə əlaqədar olaraq, Milli Şuranın Xalq Məsləhətinin işinin dayandırılması təklif edilib. Ölkədə qanunvericilik hakimiyyətini həyata keçirən parlamentin bir palatadan ibarət Türkmənistan Məclisinə çevrilməsinin məqsədəuyğunluğu qeyd edilib”, - ölkənin dövlət agentliyinin saytında yerləşdirilən məlumatda bildirilir.

İclasda keçmiş prezident Qurbanqulu Berdiməhəmmədovun Türkmənistanın milli lideri statusu da təmin edilib.

"Türkmən xalqının Ümummilli Liderinin və onun ailə üzvlərinin toxunulmazlıq hüququ var. Toxunulmazlıq hüququ onun əmlakına və ailə üzvlərinə məxsus əmlaka da şamil edilir”, - qanunda deyilir. Həmin qanunda göstərilir ki, ümummilli lider və onun ailəsi dövlət himayəsindədir.

Berdiməhəmmədov 2007-2022-ci illərdə Türkmənistan prezidenti vəzifəsində çalışıb. Sərdar Berdiməhəmmədov onun oğludur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->