Türkiyənin super ortaçəkili boksçusu Cem Kılıç 29 yaşında ölü tapılıb.
Qaynarinfo-nun məlumatına görə, Almaniyada doğulan və karyerasını davam etdirmək üçün gənc yaşlarında ABŞ-ın Los-Anceles şəhərinə köçən Kılıçın son illərdə narkotik maddə asılılığı və psixi sağlamlıq problemləri ilə mübarizə apardığı bildirilirdi.
"Boxing Scene"də yer alan xəbərə görə, həddindən artıq dozadan öldüyü açıqlanan Kılıçın ölüm xəbərini Türkiyə Boks Federasiyasının prezidenti Eyüp Gözgeç də təsdiqləyib.
2014-cü ildə ilk peşəkar yarışına çıxan boksçu ümumilikdı 18 dəfə rinqlərdə olub və yalnız bir dəfə, 2020-ci ilin yanvarında amerikalı Steven Nelsona uduzub. Kılıç 11-i nokaut olmaqla 17 dəfə rinqdən qalib ayrılıb. O, son döyüşünü 2022-ci ilin avqustunda Marko Delqadoya qarşı keçirib və qalib gəlib.
Səbuhi Həsənov
Şərhlər