Xəbər lenti

Türkiyə hansını seçəcək: F-35, yoxsa S-400? - ABŞ-ın tək şərti
Dünya 15:41 23.09.2024

Türkiyə hansını seçəcək: F-35, yoxsa S-400? - ABŞ-ın tək şərti

"İnanmıram ki, Türkiyə F-35-in əvəzində S-400-ləri ABŞ-ın nəzarətinə versin. Ankara buna getməz".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Vaşinqtonun Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərinin İncirlik bazasında ABŞ-ın nəzarət sektora təhvil verilməsi müqabilində Türkiyənin yenidən F-35 proqramına daxil ediləcəyi ilə bağlı məlumatı şərh edərkən deyib.

"Türkiyə üçün ən sərfəlisi F-35 təyyarələrinin alınmasıdır. Hazırda Ankaranın Moskva ilə münasibətlərində getdikcə dərinləşməkdə olan soyuqluq yaranıb. S-400-ə görə NATO ölkəsi olan Türkiyə qurumla münasibətləri korlamağa getməyəcək. Hazırda Ərdoğan Nyu Yorkdadır. Düşünürəm ki, bu səfər fonunda Ankaranın ABŞ və dəgir Qərb ölkələrilə aralarındakı anlaşılmazlıqlar da yoluna qoyulacaq", deyə Üzeyir Cəfərov bildirib.



Amma bütün hallarda ekspertin qənaətinə görə, Türkiyənin F-35-lər müqabilində S-400-ləri ABŞ-ın nəzarətinə verməsi real deyil:

"Bunun edilməsi Türkiyənin Rusiya ilə olan münasibətlərinə məfi fonda ciddi təsir göstərə və qalmaqala səbəb ola bilər. Türkiyəyə verilən S-400-in idarəetməsi, texniki qulluğu rusiyalı mütəxəssilərin üzərindədir. Son zamanlar Türkiyə Qərbdən bəzi istədiklərinə nail olub, xüsusən də F-16-larla bağlı. Razılıq var ki, Amerika Türkiyəyə F-35-lər məsələsində də dəstək olacaq. Yaxın bir-iki günə Ərdoğanın ABŞ-a olan səfəri fonunda bu məsələdə bəzi suallara aydınlıq gətiriləcək". 

Qeyd edək ki, Yunanıstan mətbuatında ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının satışına maneənin aradan qaldırılması üçün yeni təklif irəli sürdüyü iddiası yer alıb. Yunanıstanın "Kathimerini” qəzetində dərc olunan xəbərə görə, Vaşinqton Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərinin İncirlik bazasında ABŞ-ın nəzarətindəki sektora təhvil verilməsi müqabilində Türkiyəni yenidən F-35 proqramına daxil edəcəklərini bildirib. Hələlik nə Türkiyə, nə də ABŞ tərəfi bu məsələyə rəsmi münasibət bildirib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->