Xəbər lenti

Türkiyə Avropa İttifaqının üstündən xətt çəkir, BRİKS-ə qoşulmaq istəyir
Dünya 16:25 04.06.2024

Türkiyə Avropa İttifaqının üstündən xətt çəkir, BRİKS-ə qoşulmaq istəyir

BRİKS dövlətlərarası birliyi Türkiyəyə Avropa İttifaqını əvəz etmək üçün "yaxşı alternativ” təklif edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Türkiyə BRİKS-ə qoşulmaq istəyir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Türkiyənin BRİKS-ə marağını alqışlayır və bu mövzu assosiasiyanın Kazanda keçiriləcək sammitində müzakirə olunacaq.

"Əlbəttə, biz BRİKS-ə üzv olmaq istərdik. Bu il işlərin necə gedəcəyini görəcəyik”, - deyə Fidan Çinə səfəri zamanı bildirib. O, həmçinin qeyd edib ki, gələn həftə Rusiyada keçiriləcək BRİKS nazirlərinin görüşündə iştirak etməyi səbirsizliklə gözləyir. Gözlənilir ki, görüşün mövzularından biri də Türkiyənin BRİKS-ə qoşulması məsələsinin müzakirəsi olacaq.

Bundan əlavə, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, xarici siyasətin ən mühüm sütunlarından biri güclü iqtisadi əlaqələrin yaradılmasıdır. Onun sözlərinə görə, "kimlik siyasəti” ucbatından bəzi böyük Aİ ölkələri Türkiyənin uzun müddətdir qoşulmağa çalışdığı Avropa blokunun tamhüquqlu üzvü olmasına heç vaxt icazə verməyib. "Ona görə də biz başqa alternativlər axtarmalı olacağıq", - Fidan bildirib. 

"South China Morning Post” nəşri qeyd edir ki, Türkiyə 1999-cu ildən Aİ üzvlüyünə namizəd olaraq qalır. Ankara ilə Aİ-yə üzvlük danışıqları 2005-ci ildə başlayıb, lakin insan haqları və ölkənin xarici siyasəti kimi bir sıra məsələlərə görə uzun müddət dayanıb.

Xatırladaq ki, 2023-cü ilin avqustunda Yohannesburqda keçirilən sammitdə BRİKS ölkələrinin başçıları təşkilatın genişləndirilməsi ilə bağlı bəyannamə qəbul ediblər. O zaman onun tərkibinə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxil idi. 2024-cü il yanvarın 1-dən Misir, Həbəşistan, İran, Səudiyyə Ərəbistanı və BƏƏ təşkilata üzv olub. Üzvlük üçün ərizələr Tailand, İndoneziya, Qazaxıstan və Venesuela tərəfindən təqdim olunub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->