Fransa çempionatında "Marsel"lə səfər matçına yollanan "Lion"u daşıyan avtobusun hücumuna məruz qalmasından sonra baş məşqçi Fabio Qrossonun üzündən yaralanmasına səbəb olan doqquz nəfər saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, Fransanın RMC kanalının proqramına qatılan və baş verənləri şərh edən daxili işlər naziri Gerald Darmanin, hadisə zamanı polis əməkdaşlarının, eləcə də Qrossonun yaralanmasına səbəb olan doqquz nəfərin saxlanıldığını bildirib.
Digər tərəfdən bəzi "Lyon" azarkeşlərinin təxirə salınan matçdan əvvəl tribunalarda meymunları təqlid edərək nasist salamı verməsi reaksiyaya səbəb olub. "Lion" X sosial media platformasında verdiyi açıqlamada azarkeşlərin irqçi davranışlarını pisləyib.
Hücum zamanı avtobusun şüşələri sındırılıb, "Lion”un baş məşqçisi Qrosso və onun köməkçisi Raffaele Lonqo yaralanıb. Qarşılaşma baş verən hadisələrə görə təxirə salınıb.
Səbuhi Həsənov
Şərhlər