Xəbər lenti

Təmsilçimizin Gənclər Liqasındakı matçı norveçli hakimlərə tapşırıldı
İdman 12:52 17.10.2023

Təmsilçimizin Gənclər Liqasındakı matçı norveçli hakimlərə tapşırıldı

UEFA Gənclər Liqasındakı təmsilçimiz "Qəbələ”nin turnirin ilk mərhələsinin cavab oyunu çərçivəsində Macarıstan komandası "Puşkas Akademiya”ya qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.

Qaynarinfo-nun məlumatına görə, oktyabrın 25-də "Puşkas Akademia Pancho Arena”da təşkil olunacaq oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Mohammad Usman Aslama meydançanın kənarında Tom Harald Gronevik və Jorgen Ronning Valstadsve yardım edəcək. Dördüncü hakim funksiyasını Macarıstandan olan Marton Rusz yerinə yetirəcək.

Bu komandalar arasında Qəbələ şəhər stadionunda keçirilmiş ilk qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->