"Tələbələr üçün sosial yataqxanalar tikilməlidir. Sosial yataqxanalar vasitəsi ilə tələbələrin ehtiyacı ödənilməlidir. Bundan əlavə həm də özəl yataqxanalar da tikilə bilər".
Bunu Qaynarinfo-ya deputat Ceyhun Məmmədov tələbələrin yataqxana problemlərindən danışarkən deyib.
O, bu gün Azərbaycanda özəl yataqxanaların fəaliyyət göstərdiyini vurğulayıb:
"Düzdür, geniş yayılmayıb. Hesab edirəm ki, Azərbaycanda özəl yataqxanalar da tikilə bilər. Burada digər məsələ isə bu gün dövlət özəl tərəfdaşlıq layihəsi istiqamətində işlər gedir, tədbirlər görülür. Hesab edirəm ki, şirkətlər bu prosesə öz töhvəsini verə bilər. Özəl şirkətlər yataqxanalar tikib dövlətə təhfil versə, bununla da məsələ həllini tapmış olar".
Ceyhun Məmmədov hesab edir ki, bu gün Azərbaycan təhsilinin qarşısında duran ən vacib və önəmli məsələlərdən biri tələbə yataqxanalarıdır:
"Bu problem valideynləri narahat edir. Yəni valideyn təhsil haqqı ilə yanaşı əksər hallarda bir sıra xərcləri də ödəməli olur. Bu, valideynlər üçün müəyyən çətinliklər və problemlər yaradır. Gənclərin yemək və nəqliyyatla yanaşı digər xəcləri də var ki, bunlar da öz həllini tapmalıdır. Təəssüf ki, bir sıra hallarda biz bu məsələnin həllini tapdığını görmürük. Bu da insanlarda narazılıq yaradır".
Deputat problemdən çıxış yolunu olduğunu da açıqlayıb:
"Çıxış yolu var. Biz bu çıxış yolu barədə düşünməliyik və düşünməyə də ehtiyac var. Burada məsələ nədir? Qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıdır və onlarla bağlı yataqxanalara ciddi nəzarət olmalıdır. Yararlı vəziyyətdə olanlar təmir və bərpa olunmalıdır. Yararlı vəziyyətdə olmayanlar isə ən qısa vaxtda sökülüb yerində yenisi tikilməlidir. Eyni zamanda Ali Təhsil Haqqında bizim hazırladığımız və qəbul olunması gözlənilən qanunda bu məsələ əksini tapıb".
Bahar Rüstəmli
Şərhlər