Xəbər lenti

Tayson:
İdman 10:27 30.06.2022

Tayson: "Həbsxanada hamı məndən qorxurdu"

ABŞ-ın əfsanəvi boksçusu Mayk Tayson maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.
 
Qaynarinfo xəbər verir ki, Tayson xarici KİV-ə açıqlamasında ən yaxşı günlərini həbsxanada keçirdiyini bildirib. 
 
"Həyatımın ən yaxşı 3 ilini həbsxanada keçirmişəm. Həyatınızda sakitlik, sabitlik və balans yoxdursa, pul heç bir əhəmiyyət daşımır. Yaxşı qidalanırdım, hamı mehriban idi və mənimlə yaxşı davranırdı. Həyətdə 12-14 km qaçır, axşamlar kameramda dörd saat tullanırdım. Hamı məndən qorxurdu. Amma mən orada həmişə yaxşı insan olmuşam".

Dünyaca məşhur idmançı 1992-ci ildə ABŞ gözəllik kraliçası Desire Vaşinqtona təcavüz etdiyi üçün altı il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının üç ilini həbsxanada çəkib.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->