"Sumqayıt” Samir Abasovla bağlı AFFA-ya apellyasiya şikayəti ünvanlayacaq.
Bu barədə Qaynarinfo-ya açıqlamasında klubun mətbuat katibi Zaur Xudiyev məlumat verib. O, baş məşqçinin Azərbaycan Premyer Liqasının altıncı turu çərçivəsində baş tutan "Zirə” - "Sumqayıt” matçında cəzalanan baş məşqçinin cəzasının yüngülləşdirilməsi ilə bağlı AFFA-nın Apelyasiya Arbitraj Tribunalına müraciət ünvanlayacaqlarını deyib:
"Dünən Samir Abasov açıqlamasında məsələ ilə bağlı AFFA-ya müraciət edəcəklərini bildirmişdi. Mən də klubun idman direktoru Faiq Hacı-Məhərrəmovla danışdım. O bildirdi ki, müzakirələr aparılır və böyük ehtimalla AFFA-ya müraciət olunacaq. Nə zaman müraciət olunacağı ilə bağlı məlumatım yoxdur”.
AFFA-nın İntizam Komitəsinin qərarına əsasən "Zirə” ilə oyunda Abasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün ikisi şərti olmaqla, beşoyunluq cəzaya məruz qalmışdı. Bununla yanaşı, "Sumqayıt” 4000 manat cərimə edilmişdi. Abasovun cəzası ilə bağlı sınaq müddəti isə üç ay təyin olunub.
Səbuhi Həsənov
Şərhlər