İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı general Sərdar Məhəmməd Pakpur Ermənistan və Azərbaycanla həmsərhəd rayonlardakı bölmələrin yerləşdiyi ərazilərə baş çəkib.
Qaynarinfo yerli KİV-in məlumatına istinadla xəəbər verir ki, general hərbçilərlə söhbət edib, onların döyüş hazırlığının, sayıqlığının və mənəvi-psixoloji hazırlığının səviyyəsini
qiymətləndirib.
Pakpur gecə və gündüz taktiki təlimlərinə də qatılıb.
"Təhlükəsizlik məsələsi soyuq, isti, bayram, iş günləri bilmir. Biz maksimum ayıq-sayıq və hazır olmalıyıq. Bu məsələlərə hər zaman ciddi diqqət yetirməliyik", - komandir qoşunlara müraciətində bildirib.
Xatırladaq ki, İran hərbçiləri və siyasətçiləri "regionda sərhədlərin istənilən dəyişikliyinə qəti şəkildə qarşı çıxacaqlarını” dəfələrlə bəyan ediblər.
Alpər
Şərhlər