Xəbər lenti

Ölkə 16:10 26.08.2024

"Savadlı gəncləri qorumalıyıq" - Ekspert

"600 dən yuxarı bal toplayıb və ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərə cəmiyyət dəstək olmalıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Şahlar Əsgərov deyib. 

Ekspert bildirib ki, onların ali məktəbə daxil ola bilməməsinin səbəbi bəllidir: 

"Bunlar ancaq həmin ixtisas üzrə təhsil almaq istəyir. Sevgisi, məhəbbəti bu ixtisasadır. Bilir ki, bu ixtisasda yaradıcı adam olacaq, xalqa fayda verəcək. Ali məktəbdə oxumaq xatirənə addım atmayıb. Bunlar böyük mövzulardır. Bütün təhsil sahəsində gərəkli adamlar yığılıb təhsilin proqramlarını müzakirə edib onun həlli yolunu tapmalıdır. Belə gənclərin günahı nədir? Oxuyublar, öhdəliyə əməl edib 600-dən çox bal toplayıblar. Lazımı bilik və bacarıqlarını mənimsəyib, gəlim imkan yaradaq ki, onlar istədiyi peşəyə yiyələnsin. Müxəlif çəpərlər, yollarla bu uşaqları ali təhsil müəssisələrindən uzaqlaşdırmaq olmaz. Bu, milli mənafeyə zidd olan şeydir".
 


Eks deputat hesab edir ki, 600-dən çox bal toplayan uşaqların ali təhsil müəssisələrinə daxil olmasının yeganə yolu cəmiyyətdən keçir:

"Cəmiyyət istəsə, bu uşaqların istədiyi yerdə təhsil almasına dəstək verə bilər. Uşaq istədiyi sənətə yiyələnmək istəyir, gəlin onlara dəstək olaq". 

Bundan əvvəl Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə əlaqədar keçirdiyi mətbuat konfransında açıqlayıb ki, iki nəfər 600-dən çox bal toplayan şəxs ali təhsil müəssisələrinə qəbul olmayıb. Bunun səbəbi həmin şəxslərdən birinin I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsasla bir yer - Bakı Ali Neft Məktəbini və digər şəxsin isə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ödənişsiz ixtisasını seçməsi olub.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->