Xəbər lenti

Rütte:
Dünya 12:22 17.10.2024

Rütte: "Ukrayna NATO-nun 33-cü üzvü olacaq, lakin tarix məlum deyil"

NATO-nun baş katibi Mark Rütte bildirib ki, Ukrayna gələcəkdə Alyansa 33-cü və ya 34-cü üzv olaraq qoşulacaq.

Qaynarinfo xəbər verir ki, bunu Mark Rütte 17 oktyabrda Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl deyib.

Rütte Prezident Vladimir Zelenski tərəfindən Ukraynanın "qələbə planı"nın təqdim edilməsindən bir gün sonra çıxış edib. Bu planda NATO-ya üzv olmaq üçün dəvət almaq da var. Rütte Alyansın dövlətlərinin Ukraynaya belə bir dəvət verməyə daha müsbət yanaşması ilə bağlı hər hansı bir şey deməkdən çəkinib.

"Hazırda görünür ki, Ukrayna 33-cü üzv olacaq. Ancaq onların önündə başqa biri ortaya çıxa bilər. Amma Ukrayna gələcəkdə NATO-nun üzvü olacaq. Bu, Vaşinqtonda qəbul etdiyimiz bir qərardır. Ona görə də indi sual tarixlə bağlıdır", - Rütte deyib.

Rüttenin sözlərinə görə, müttəfiqlər hazırda Ukraynanın üzvlüyünə keçidi asanlaşdıran səylərə diqqət yetirirlər.

"Ona görə də konkret bir "nə vaxt” sualı varsa, hazırda buna cavab verə bilmirəm. Lakin biz bu istiqamətlərdə çalışırıq ki, Ukrayna bir gün NATO-nun üzvü olsun", - Rütte əlavə edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->