Xəbər lenti

Bayden Netanyahunu Qəzzada müharibəni dayandırmağa çağırdı
Dünya 09:34 18.10.2024

Bayden Netanyahunu Qəzzada müharibəni dayandırmağa çağırdı

Cümə axşamı, avqustun 17-də İsrail HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü rəsmən təsdiqləyib. Həmin gün ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Bu barədə Qaynarinfo "Axios”a istinadən xəbər verir.

Bildirilir ki, Bayden Almaniyaya uçarkən təyyarədən Netanyahuya zəng edib və onu Qəzzada İsrail əsgərləri tərəfindən Sinvarı öldürməsi münasibətilə təbrik edib.

Telefon danışığı zamanı ABŞ prezidenti İsrailin baş nazirinə bildirib ki, baş verənlərdən sonra Qəzzada "irəli getmək" və müharibəyə son qoymaq vaxtıdır.

"Liderlər artıq girovların azad edilməsi üçün imkanın olduğu barədə razılığa gəliblər və bu məqsədə nail olmaq üçün birlikdə çalışacaqlarını vurğulayıblar", deyə İsrail baş nazirinin dəftərxanası bildirib.

Ağ Ev bildirib ki, Bayden və Netanyahu İsraili təhlükəsiz saxlamaqla və HƏMAS-ın Qəzzaya nəzarəti bərpa etməsinə mane olmaqla, girovları evlərinə qaytarmaq və müharibəni bitirmək üçün bu andan necə istifadə etməyi müzakirə ediblər.

"Axios" xatırladır ki, ABŞ prezidenti Co Bayden bir neçə aydır Qəzzada girovların azad edilməsi və atəşkəs haqqında razılaşma əldə etmək üçün şəxsən çalışır. O, 2025-ci il yanvarın 20-də vəzifəsini tərk etməzdən əvvəl dondurulmuş danışıqlarda irəliləyiş əldə edəcəyinə ümid edir.

Bu arada İsrail Prezident Ofisi bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken İsrail dövlət başçısı İsaak Hersoqa yaxın günlərdə bölgəyə səfər etməyi planlaşdırdığını bildirib. Xüsusən də Qəzzada girovların azad edilməsinə və atəşkəsə nail olmaq yollarının müzakirəsi planlaşdırılır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->