Xəbər lenti

Rüstəm Orucov erməni idmançını bu sözlərlə susdurdu
İdman 15:33 02.10.2023

Rüstəm Orucov erməni idmançını bu sözlərlə susdurdu

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin 11-ci Beynəlxalq Atletlər Forumu (IAF) keçirilir.
 
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, dünya çempionatının ikiqat gümüş mükafatçısı, Avropa çempionu Rüstəm Orucovun da iştirak etdiyi forumda bütün ölkələri təmsil edən komissiya üzvləri ən vacib məsələləri müzakirə etmək üçün bir araya gəliblər. Rüstəm Orucovun verdiyi məlumata görə, forumun ilk günündə bir sıra maraqlı məsələlər müzakirə olunub. Həmçinin, Rusiya və Belarus idmançılarının yarışlarda hansı status altında çıxış edəcəyi barədə məsələyə də baxılıb. 

Forumun birinci günündə Ermənistanı təmsil edən idmançı təxribat xarakterli çıxış edib. Sessiyaların birində səhnəyə çıxan erməni idmançı Arsen Culfalakyan müharibə şəraitində olan ölkəsinin hazırda 125 min qaçqını olduğunu bildirib.
 
Rüstəm Orucov dərhal çıxış edərək tutarlı faktlarla erməni idmançını susdurub: "30 il əvvəl müharibəni ermənilər başladı və torpaqlarımız işğal edildi. Biz heç kimin torpağına göz dikməmişik. Əgər hazırda sizdə qaçqın varsa, bu problem deyil, onlar Qarabağda qalıb, yaşaya bilərlər. Bu gün Qarabağı könüllü tərk edərək, Ermənistana gedən erməni əsilli şəxslərin Azərbaycanın humanistliyi sayəsində Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi üçün şərait yaradılır. Onlara qarşı heç bir zorakılıq edilmir. Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyasını istədiyini bəyan edib və Qarabağdakı erməni sakinlərə ərzaq və tibbi yardım göstərir. Amma 1990-cı illərdə erməni separatçılar xalqımıza qarşı böyük vəhşiliklər törədiblər. Əliyalın soydaşlarımız xüsusi amansızlıqla, işgəncələrə məruz qalaraq qətlə yetirilib, genosidə məruz qalıblar. Onlar öz vətənində məcburi köçkünə çevrilmişdilər”. 
 
Rüstəm Orucovun tutarlı cavablarından sonra isə erməni idmançı dərhal sakitləşərək fikirlərinə düzəliş edib. O, əslində, idmanı siyasətə qatmamağı və mübarizəni tatamidə aparmaq lazım olduğunu qeyd edib: "Mən demək istəyirəm ki, müharibə şəraitində olan bütün ölkələr Olimpiya Həmrəyliyi tədbirlərində iştirak etməlidirlər. Müharibəni idmana qatmaq olmaz. Biz idmançılar öz gücümüzü idman arenasında göstərməliyik”.
 
Beynəlxalq Atletlər Forumuna bu gün yekun vurulacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->