Xəbər lenti

Rəsmi Moskva:
Siyasət 14:36 10.04.2024

Rəsmi Moskva: "Ermənistanla Azərbaycana sərhədlərin müəyyənləşməsində kömək etməyə hazırıq"

Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvana Cənubi Qafqazdakı gərginliyi azaltmaqla bağlı çağırış edib.

Qaynarinfo xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib:

"Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və qarşılıqlı iddialar siyasi və diplomatik üsullarla həll edilməlidir. Regionda davamlı sülh və rifahın bərqərar olması üçün zəruri mexanizmlər, o cümlədən Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılıqlar var".

Zaxarova qeyd edib ki, Moskva regional problemlərinin həllinin tapılmasında, o cümlədən sərhədlərin müəyyən edilməsində kömək etməyə həmişə hazırdır.

Onun sözlərinə görə, Rusiyanın vasitəçiliyi konyuktura olmayıb, regionda sülh naminə ziddiyyətlərin uzlaşdırılması olub.

"Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi kimi göstərib. Sonra Qərb peyda oldu. Qəzəbdən, qısqanclıqdan, burada sülhün bərqərar olacağı qorxusundan region ölkələrinə qarşı fəaliyyətə başladı. Ermənistana gəlincə, hər bir suveren dövlətin öz baxışı var. Məsələ ondadır ki, bəzən Qərbin müdaxiləsi regionda artıq əldə edilmiş harmoniyanı pozur", deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->