Xəbər lenti

Rəşad Dağlıya qarşı daha bir ittiham irəli sürüldü
Ölkə 11:29 17.04.2023

Rəşad Dağlıya qarşı daha bir ittiham irəli sürüldü

Meyxanaçı Rəşad Dağlının bu gün keçirilən məhkəmə iclasında daha bir ittiham irəli sürülüb.

Qaynarinfo "Qafqazinfo”ya istinadən yazır ki, hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilib.

Məlum olub ki, məhkəmə müddətində dövlət ittihamının müdafiəsini tanınmış prokuror Orxan Səmədov həyata keçirəcək.

Bundan başqa o da məlum olub ki, Rəşad Dağlıya qəsdən adam öldürmə ittihamından əlavə olaraq Cinayət Məcəlləsinin 228.4-cü maddəsi (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) ilə də ittiham verilib.

Daha sonra Rəşad Dağlının vəkili Elvin Əliyev proseslərin qapalı keçirilməsinə dair vəsatət verib. O bildirib ki, məhkəmədə Rəşad Dağlının şəxsi və ailə sirləri elan oluna bilər. Məhkəmə prosesin açıq keçirilməsinə dair qərar qəbul edib.

Məhkəmənin baxış iclası mayın 1-nə təyin edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->