Xəbər lenti

Qvardiola:
İdman 19:12 22.02.2024

Qvardiola: "Alveşi sona qədər müdafiə edəcəyik"

Təcavüz ittihamlarından sonra 4,5 illik həbs cəzasına məhkum edilən Dani Alveşin vəkili mətbuata açıqlama verib.
 
Qaynarinfo-nun məlumatına görə, vəkil İnes Qvardiola Barselona məhkəməsinə gələn mətbuat nümayəndələrinə hökmdən apellyasiya şikayəti verəcəklərini açıqlayıb.
 
Qvardiola açıqlamasında "Biz hökmü nəzərdən keçirəcəyik, amma sizə deyə bilərəm ki, apellyasiya şikayəti verəcəyik. Biz Alveşin günahsızlığına inanmağa davam edirik. O, artıq hökmü bilir. Biz Alveşin günahsızlığını sona qədər müdafiə edəcəyik” - sözlərini söyləyib.
 
Alveş Məhkəmənin bu gün verdiyi qərarla 4,5 illik həbs cəzasına məhkum edib. 
 
"Yuventus", PSJ, "Barselona", "Sevilya", "Sao Paulo" kimi komandalarda çıxış edən "sambaçı"nın son klubu Meksika təmsilçisi UNAM olub. Baş verənlərə görə, onun Meksika klubu ilə müqaviləsi ləğv edilib.
 
Səbuhi Həsənov 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->