Xəbər lenti

Qüdrət Həsənquliyev narazıdır:
Siyasət 11:47 04.08.2023

Qüdrət Həsənquliyev narazıdır: "Dövlətin imicinə zərbə vururlar”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) da qeydə alınmayıb.
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev məlumat verib.

Deputat qeyd edib ki, Ədliyyyə Nazirliyi bu günə qədər hakim partiyadan kənar heç bir partiyanın təqdim etdiyi siyahını təsdiqləməyib. Sədr hesab edir ki, bu, təəssüf hissi doğurur:
 
"Bu günə qədər hakim partiyadan başqa heç bir partiyanın qeydə alınmaması demokratik və çoxpartiyalı sistemin iflası və siyasi alternativsizlik görüntüsü yaradır, düşmən dəyirmanına su tökür. Bu, həm də parlamentdaxili və parlamentdən kənar partiyaların bərabərləşdirilməsi təsəvvürü yaradır və öncəki seçkilərin və formalaşdırılan dövlət orqanlarının legitimliyi üzərinə də kölgə salır”. 

Deputat bildirib ki, Ədliyyə Nazirliyinin bu qərarı siyasi islahatların zəruriliyini nümayiş etdirir və dövləti təmsil edən, dövlətin imici və gələcəyi üçün məsuliyyət daşıyan iqtidarı da ciddi narahat etməlidir: 

"Ədliyyə Nazirliyinin təqdim etdiyi nöqsanlar araşdırılacaq, onlar həqiqəti əks etdirirsə tərəfimizdən qanunla müəyyən olunmuş müddətdə ardan qaldırılacaq”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->