Xəbər lenti

“Qarabağ”ın sabiq futbolçusu: “Qol imkanlarından maksimum istifadə olunmalıdır”
İdman 16:38 18.08.2022

“Qarabağ”ın sabiq futbolçusu: “Qol imkanlarından maksimum istifadə olunmalıdır”

"Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya” (Plzen) ilə Bakıda baş tutan ilk oyunda meydandan heç-heçə ilə ayrıldı. "Qarabağ”ın sabiq futbolçusu Emin İmaməliyev komandanın növbəti matç üçün şanslarını dəyərləndirib. 

Sabiq yarımmüdafiəçi Qaynarinfo-ya açıqlamasında bunları deyib:

""Qarabağ” yaxşı təsir bağışladı, qol imkanları oldu. Qapıçıları da yaxşı oynadı. Bir neçə dəfə top qaytarıb. Çexiya futbolu yüksəlişdədir. "Viktoriya” da ölkə çempionudur. "Qarabağ”ın təcrübəsi var. İnanırıq ki, səfərdə layiqli oynayıb qələbə qazanaraq, ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və tarix yazacaq. "Qarabağ” bundan da ağır rəqiblərlə qarşılaşıb. Həmişə də Azərbaycanı layiqincə təmsil edib”.

İmaməliyev "Onlara qarşı necə oynamaq olar” sualını belə cavablandırdı. 

"Bunu Qurban müəllim daha yaxşı bilir. Rəqibi yaxşı analiz edib. Birinci oyunda buraxılan səhvlər ikincidə təkrarlanmamalıdır. Qol imkanlarından maksimum istifadə olunmalıdır. Çexlər hazırda daha çox atletik, yəni güc futbolu oynayırlar. Onlara qarşı müəyyən hazırlıqlar olacaq. Rəqibin hansı tərəfləri zəif və ya üstündür, bu oyundan sonra yaxşı biləcəklər. Oradakı oyunda daha yaxşı oynayıb qələbə qazanacaqlar. İlk oyunun heç-heçə bitməsi daha yaxşıdır. İkinci dəfə bu uğuru təkrarlamaq istəyirlər. Bu mənada hamımızın inamı böyükdür”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->