Xəbər lenti

Prezident və müxalifət dövlət çevrilişinə hazırlaşır – Şalva Papuaşvili
Dünya 13:00 28.10.2024

Prezident və müxalifət dövlət çevrilişinə hazırlaşır – Şalva Papuaşvili

"Gürcüstanda müxalifət və ölkənin prezidenti Salome Zurabişvili dövlət çevrilişini həyata keçirməyə hazırlaşırlar”. 

Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

O, qeyd edib ki, "bütün bunlar, onlara doğru yönəlmiş çevrilişin səhnəsidir”.

Papuaşviliyə görə, söhbət ölkənin parlament seçkilərinin nəticələrini qeyri-legitim elan etmək və texniki hökumət yaratmaqdan gedir.

23 oktyabrda, seçkilərdən əvvəl, Papuaşvili jurnalistlərə bildirib ki, ölkədə 26 oktyabr tarixində keçiriləcək parlament seçkilərindən sonra dövlət çevrilişi hazırlayan bir qrup var.

O, əlavə edib ki, dövlət çevrilişi daha əvvəl – 2020-ci ildə parlament seçkilərindən sonra planlaşdırılıb. Papuaşvili, bu dəfə cinayətkarların müşahidə edən qeyri-hökumət təşkilatlarının köməyi ilə seçkilərin keçirilməsi ilə bağlı saxta hesabatlar tərtib etməyə niyyətli olduqlarını, bununla da ölkədə "saxta səbəb” yaratmaq istədiklərini bildirib.

Bununla yanaşı, Zurabişvili özü Gürcüstanda dövlət çevrilişinin həyata keçirilməsinin planlaşdırılmadığını bildirmişdi.

Daha əvvəl Gürcüstanın baş naziri ABŞ-a Vaşinqtonla münasibətləri yenidən nəzərdən keçirmək hədəsi ilə çıxış etmişdi.

Alpər


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->