Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ siyasəti üzərində qeyri-məhdud nəzarət əldə edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico”
yazır.
Nəşr bunu təsdiq üçün təqdim etdiyi komandanın tərkibi ilə izah edir. Jurnalistlərin fikrincə, "hakimiyyətin ələ keçirilməsi başa çatıb”.
"O, hər şeyə daha çox nəzarət edəcək. Kimin ağlına gələrdi ki, bu, ümumiyyətlə mümkündür”, - Avropa rəsmiləri arasında olan mənbə "Politico”ya bildirib.
Nəşrin qeyd etdiyi kimi, fon der Leyenin komandasında bir dənə də olsun skeptik qalmayıb. Avropa Komissiyasının rəhbəri öz komandasının yaradıldığını elan edərkən Avropa Parlamentinə və tərəfdaşlarına kimi hansı vəzifəyə təyin etdiyini söyləməkdən imtina edib. Bunun əvəzinə, Ursula fon der Leyen parlament liderləri ilə görüşü tərk edərək birbaşa mətbuat konfransına gedib və burada təfərrüatları açıqlyıb. "Politico”nun məlumatına görə, millət vəkilləri onu parlamentə hörmətsizlikdə ittiham ediblər.
Nəşrin yazdığına görə, Avropa Komissiyasının rəhbəri müttəfiqi, Fransa prezidenti Emmanuel Makrona qarşı da "amansız” olub. O, tənqidçisi Tyerri Bretonu başqa bir namizədlə əvəz edəcəyi təqdirdə Parisə daha nüfuzlu vəzifə verəcəyini söz verib. Makron onunla razılaşıb, lakin Fransada Stefan Sejurneyə "daha zəif" vəzifə verildiyi hesab edilir.
Nizami Bağırov
Şərhlər