Xəbər lenti

Dünya 11:10 03.09.2024

"Politico": AK rəhbəri Aİ ölkələrinə qadınlarla bağlı təzyiq edir

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen yeni AK-də Avropa komissarları vəzifələrinə qadınların namizədliyini irəli sürmək üçün Avropa İttifaqı (Aİ) ölkələrinə təzyiq edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, fon der Lyayen gender balansının təmin edilməsi ilə bağlı verdiyi vədi yerinə yetirməsə, üzləşəcəyi "alçaldılmadan qaçmaq” istəyir.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, AK rəhbəri artıq irəli sürülmüş kişi namizədləri qadınlarla əvəz etmək üçün Malta və Sloveniya da daxil olmaqla azı beş Aİ ölkəsinə təzyiq edib. O, həmçinin Aİ liderlərinə məktubunda açıq şəkildə hər bir komissar vəzifəsi üçün iki adın - bir kişi və bir qadının təqdim etməyi xahiş edib. Bununla belə, "Politico”ya görə, əksər ölkələr bu tələbi dinləməkdən imtina edib və Bolqarıstan istisna olmaqla, bir ad təqdim ediblər. Diplomatlardan biri izah edib ki, Maltanın baş naziri Robert Abela ölkənin artıq seçilmiş namizədinin "nüfuzuna xələl gətirməmək üçün” qadınla əvəz etməyəcək. 

Xatırladaq ki, Ursula fon der Lyayen Almaniyanın keçmiş müdafiə naziridir. O, 2019-cu ildə AK-nin rəhbəri seçilərək bu vəzifəni tutan ilk qadın olub. 2024-cü ilin iyulunda o, yeni beşillik müddətə yenidən seçilib. Hələ 2020-ci ildə Aİ gender bərabərliyini təmin etmək üçün strategiya qəbul edib, o cümlədən, "2024-cü ilin sonuna qədər Avropa Komissiyasının bütün idarəetmə səviyyələrində gender balansının 50%-ni təmin etmək” çağırışı var.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->