ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra Çin Xalq Azadlıq Ordusu kütləvi hərbi təlimlərə başlayıb.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər
verir.
Real uzaqmənzilli sursat və adi raketlərdən ibarət bu təlimdə bölgədəki hava bazasından havaya qalxan tam təchiz olunmuş J-20 tipli döyüş təyyarələri iştirak edib.
Sinxua xəbər agentliyi Çin Xalq Azadlıq Ordusunun avqustun 4-dən 7-dək Tayvan ətrafında 6 fərqli bölgədə bir sıra hərbi təlimlər keçirəcəyini açıqlayıb.
Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kafai adanın şimalında, cənub-qərbi və cənub-şərqində dəniz və hava elementlərinin iştirakı, şərqdə adi raket sınaqları və Tayvan boğazında uzun mənzilli artilleriya atəşi praktikasının iştirakı ilə birgə təlim keçirildiyini açıqlayıb.
Tan Kafai vurğulayıb ki, bu təlimlərin məqsədi Pelosinin Tayvana səfərinə Çin Xalq Azadlıq Ordusunun reaksiyası və milli suverenlik və ərazi bütövlüyünün qətiyyətlə müdafiəsidir.
Qeyd edilir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi və 5 nəfərlik konqres heyətini daşıyan təyyarə Çinin təhdidlərinə baxmayaraq, dünən axşam saatlarında Tayvana çatıb.
M.Arif
Şərhlər