Xəbər lenti

Şou-biznes əhlindən kim öz həmkarı ilə ailə qurmaq istəyir? - Maraqlı sorğu
Maqazin 15:38 26.03.2023

Şou-biznes əhlindən kim öz həmkarı ilə ailə qurmaq istəyir? - Maraqlı sorğu

"MTV maqazin" subay sənət adamları arasında sorğu apararaq, bu sahədən kiminlə ailə qurmaq istədiklərini soruşub.

Sənətçilərin çoxu həmkarları ilə ailə qurmağı düşünmədiklərini deyiblər.

Pərvin Abıyeva: "Ümumiyyətlə, məşhur bir bəylə ailə qurmazdım. Çünki qısqanc adamam. Həm də şou-biznes adamları ciddi olmur. Mən daha ciddi bəyləri sevirəm. Gələcəkdə nə olacaq bilmirəm. Faktiki düşüncəm belədir".

Aparıcı Vüsalə Əlizadə isə şou nümayəndəsiylə ailə qurmağı ağlının ucundan keçirmədiyini söyləyib.

Müğənni Səidə Sultan: "Şou-biznesdə gözüm düşdüyü adam yoxdur. Hələ ki, o ürəkli adamı görməmişəm. Çətin adamam, ona görə mənimlə də dolanmaq qəlizdir".

Türkan Vəlizadə: "Şou-biznesdən inanmıram. Çünki düşünürəm ki, eyni sənətdə olduğum insanlarla yola getmərəm".

Həmin görüntüləri təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->