ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Kiyevə səfər edib.
Qaynarinfo "Yevropeyska Pravda”ya istinadən xəbər verir ki, bunu bazar günü səhər Prezident Volodimir Zelenski
bəyan edib.
Zelenskinin Pelosi ilə görüşünün videosu dövlət başçısının sosial şəbəkə hesablarında yerləşdirilib.
"ABŞ Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya güclü dəstək verən liderdir. Dövlətimizin suverenliyi və ərazi bütövlüyünün qorunmasına kömək etdiyiniz üçün təşəkkür edirik!", deyə Zelenski bildirib.
Nizami Bağırov
Şərhlər