Xəbər lenti

Nazilə Səfərli:
Maqazin 15:39 03.04.2024

Nazilə Səfərli: "Onların barəmdə nə dedikləri vecimə deyil"

Şairə Nazilə Səfərli "qırın bir-birinizi, bayquşlar” ifadəsinə görə onu tənqid edənlərə cavab verib.
 
O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, kimlərinsə onu tənqid, yaxud da tərifləməsi qətiyyən maraqlı deyil:

"Mənə belə şeylər təsir etmir. Gündəm insanı olanda artıq bunları gözə alırsan. Tənqidlərdən qorxursansa çəkil otur qazanın kənarında və sakitcə bozbaşını bişir".

Şairə onu tənqid edənlərin hər birinin tonla günahı olduğunu bildirib:

"Onların vaxtı yoxdur ki, özlərinə başını qatısınlar. Onlar bizimlə məşğul olur deyə özlərinə ayırmağa vaxt qalmır”. 

Qeyd edək ki, şairə Nazilə Səfərli bir-biri ilə küsüb-barışan sənət adamlarına mesaj ünvanlayıb. O, "bir-birinizlə dalaşanda qanınız çıxana qədər boğuşun. Aranıza girən  namərddir. Bu nədir belə? Barışanda heç məni yadınıza salmırsınız, dalaşan kimi minnət qoyursunuz ki, mən barışmırdım Nazilə barışdırdı. Mən Manaf Ağayev deyiləm, ömrümün axırına qədər də heç kimi barışdırıb, sülh müqaviləsi imzalatmaq fikrim yoxdue. Qırın bir-birinizi, bayquşlar", dryib.

Bahar Rüstəmli



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->